Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

17 Yanvar

2018
16:10
724
İranda 3600 iğtişaşçı azadlığa buraxılıb

İranda cari ilin əvvəlində kütləvi iğtişaşlarda iştirak etmiş insanların böyük bir qismi azad olunub. FaktXəbər-in "Əl-Aləm" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri İranın ədliyyə naziri Seyid Əli Rza Avayi bildirib.

O, əlavə edib ki, İranda iğtişaşlar zamanı saxlanılan 3700 nəfərin böyük bir qismi azad edilib: "İranın Ali lideri və digər dövlət rəsmilərinin fikirləri nəzərə alınaraq həbs olunanlar barədə qərar çıxarılıb. Belə ki, iğtişaşlarda iştirak edənlərin böyük bir qismi azyaşlı, təsir altına düşən, psixi problemli və real rola malik olmayan şəxslər olduğu üçün azad olunub. Həbsdə saxlanılanların bəzisi dövlət və şəxsi əmlaka ciddi ziyan yetirdikləri üçün azadlığa çıxa bilməyiblər. Sayları 100 nəfərdən az iğtişaşçı həbsdə saxlanılır".

Qeyd edək ki, İranda 2018-ci ilin ilk həftəsində iqtisadi problemlər ucbatından başlayan nümayişlər sonradan xarici qüvvələr tərəfindən kütləvi iğtişaşlara çevrilib. Rəsmi məlumata görə, kütləvi iğtişaşlarda 25 nəfər həyatını itirmişdi. Onların böyük qismi də polis əməkdaşları olmuşdu.

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2018 13:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru