Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2018
15:17
Axtarışda olan şəxslərin ölkəyə gətirilməsi niyə çətindir?
Yalçın İmanov: Prokurorluq orqanlarının ittihamları inandırıcı olmalıdır

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2017-ci il ərzində görülmüş işlərə dair hesabat verib. Məlum olub ki, korrupsiya əməllərinə görə 34 vətəndaş xaricdə gizlənir. 

Belə çıxır ki, bu adamların ölkəyə gətirilməsi çətindir, hətta mümkün deyil. 

FaktXeber.com məsələ ilə əlaqədar hüquqşünas Yalçın İmanovdan münasibət öyrənib.

Y.İmanov prokurorluq orqanlarının ittihama həmin şəxsin sığındığı ölkəni nə dərəcədə inandırmasından asılı olduğunu bildirdi: “Dəfələrlə şahidi olmuşuq ki, heç bir təqsiri olmayan, cinayət törətməyən, yalnız siyasi hakimiyyətə tənqidi münasibətinə görə şəxslər təqib olunur, onlar barədə saxta cinayət işləri açılıb. Ona görə də həmin şəxslərin doğurdan da ölkəyə gətirilməsində və cinayət təqibinə məruz qoyulmasında problem varsa, bu hallar üçün nə dərəcədə ədalətli məqamların olmasını araşdırmaq gərəklidir.”

Hüquqşünas ümumiyyətlə ittiham edilmiş şəxsin axtarılmasında və gətirilməsində çətinliyin səbəblərinin kompleks, çoxşaxəli olduğunu bildirdi: “Onlardan biri yuxarıda dediyimdir. Çünki bizim hüquq-mühafizə orqanları etibarlarını o qədər zədələyib ki, onların irəli sürdüyü itttihamların inam və etibarı şübhə altına alına bilər.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : prokurorluq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 07:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com