Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2018
14:54
1418
İngiltərədə Tənhalıq Nazirliyi yaradıldı

İngiltərə nazirlər kabineti tənhalıq məsələsi ilə məşğul olan nazirliyin yaradıldığını açıqlayıb. FaktXəbər-in "Telegraph"a istinadən verdiyi məlumata görə, Mühafizəkar Partiyasınan deputat Treysi Krauç tənhalıq naziri təyin olunacağı bildirilb.

İdeya ilk dəfə 2016-cı ildə radikal sağ qolun tərəfdarı olan şəxs tərəfindən öldürülən Sosialist Partiyasının millət vəkili Co Koks təklif olunmuşdu.

Baş nazir Tereza Mey məsələ ilə bağlı açıqlama verərək bildirib k,  Co Koks ölkədəki tənhalığın hansı səviyyədə olduğunu dərk etmişdi və bu problemdən əziyyət çəkənlərə kömək etmək istəyirdi. Yeni nazirlik Koksun ideyasına sahib çıxacaq və bu məsələdə qeyri-hökümət təşkilatları ilə birgə çalışacaq.

Yeni nazirlikdə nazir vəzifəsini Mühafizəkarlar Partiyasından Treysi Krauç icra edəcək. Layihə ilə bağlı danışan Krauç tənhalıqdan əziyyət çəkən insanlar üçün əlindən gələni edəcəyini bildirib. 

Qeyd edək ki, İngiltərədə 9 milyon şəxsin tənhalıqdan əziyyət çəkdiyi təxmin edilir. Yaşı 75-dən yuxarı insanların yarısı, yəni 2 milyon nəfər tək yaşayır.

Məqalədə : İngiltərə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 13:31

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status