Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2018
11:14
1063
Rusiyada 5 yaşlı qız küçədə içkili və çılpaq vəziyyətdə tapılıb

Rusiyanın Omsk şəhərində küçədə içkili və çılpaq 5 yaşlı qızcığaz aşkarlanıb. FaktXeber.com-un Life-a istinadla məlumatına görə, onun atasının evdə içkili vəziyyətdə yatdığı, anasının isə işdə olduğu məlum olub.

Üst paltarı olmadan gəzən qızı yoldan keçənlər görüb və dərhal yaxınlıqdakı mağazaya aparıblar. Hadisə yerinə təcili yardım və polis çağırılıb. Uşaq dərhal  xəstəxanaya aparılıb və onun qanında spirt müəyyən olunub.

Polis əməkdaşlarından biri qızı tanıyıb. İçkili halda yatan atanı polislər evdə tapıblar. Qızın anası isə işdə olub.

Məlum olub ki, 35 yaşlı qızına baxır və bu vaxtı içki qəbul edirmiş. Hansısa anda qız atasının içdiyi içkini qəbul edib və sonra evdən çıxıb. Kişi isə bunu görməyib.

Hadisə ilə əlaqədar ataya valideynlik vəzifələrini düzgün yerinə yetirmədiyinə və 16 yaşa qədər yeniyetmə uşağın qarşısında içki içdiyinə görə iki administrativ protokol verib. Bundan başqa ailə profilaktik hesabata salına bilər. 

Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 06:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status