Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
16:40
Polislə dalaşan sürücü özünü yandırıb - VİDEO

Ağdaş rayonunun Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Həsənağa Böyükağa oğlu Söhbətovun özünü yandırdığı bildirilir.

Hadisə yanvarın 15-də Ağdaşın mərkəzi bazarının qarşısında baş verib.

Bildirilir ki, sürücü yol polisi əməkdaşları ilə mübahisədən sonra özünü yandırıb.

“Lent.az”-ın məlumatına görə, Həsənağa Söhbətovla Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb. O, daha sonra avtomobildən qabdakı benzini götürərək başına töküb və özünə od vurub. Hadisə şahidlərindən biri olayı görüntüləyib.

Hazırda xəstəxanada olan Həsənağa Söhbətovdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Saytın yazdığına görə, polislə mübahisəyə səbəb H.Söhbətovun 10 LS 956 dövlət nömrə nişanlı “VAZ 2105” markalı minik avtomobilini mülkiyyət hüququ olmadan etibarnaməsiz idarə etməsi olub. Belə ki, avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Ağdaş rayon Məhkəməsi qərar qəbul edib. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyib. H.Söhbətov yeni aldığı avtomobillə qayda pozduğuna görə bugünlərdə 109 manat cərimə ödədiyini, nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını əsas gətirərək, polis əməkdaşlarına müqavimət göstərib. O, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olduğunu və nəqliyyat vasitəsinin əlindən alınaraq polis şöbəsinə aparılmasına qarşı çıxıb və mübahisə zamanı avtobildəki şüşə qabdan benzini götürərək başına töküb. 35 yaşlı sürücü polis əməkdaşlarının gözü qarşısında özünə od vuraraq yandırıb.

Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılıb.

Ağdaş rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, H.Söhbətovun əlləri və üzü yanıb. Həyatı üçün təhlükə yoxdur.

Baş Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə deyib ki, sürücü məsuliyyətdən yayınmaq üçün heç bir sənəd təqdim etməyərək, üzərinə tökərək özünü yandırıb.

“Yol Patrul Xidmətinin əməkdaşları alovu söndürüb, sürücünü xəstəxanaya çatdırıblar. DYP əməkdaşı hər hansı qayda pozunutusunu görürsə, ona biganə qala bilməz və hüquq-mühafizə orqanlarının əməkdaşı qaydanı pozan insanın hansı addım atacağını əvvəlcədən proqnozlaşdıra bilməz. 1983-cü il təvəllüdlü Həsənağa Böyükağa oğlu Söhbətov idarə etdiyi “10 LS 956” dövlət nömrə nişanlı, “VAZ 2105” markalı minik avtomobili dövlət qeydiyyat nişanları yaxşı görünmədiyinə görə saxlanılan zaman məlum olub ki, H.Söhbətovun sürücülük hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılıb və nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub. Avtomobilin saxlanması ilə bağlı hər hansı qərar varsa, onu kimin idarə etməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsi saxlanılıb duracağa yerləşdirilməlidir. Polis əməkdaşları da heç bir qanunsuz hərəkətə yol vermədən vəzifələrini icra edən zaman sürücü avtomobilin baqaj hissəsindən benzin dolu şüşəni götürüb, üzərinə tökərək özünü yandırıb. Həmin şəxsin belə bir addım atması onun psixoloji problemləri ilə bağlıdır. Həsənağa Söhbətov narkotik maddələrdən istifadə etdiyinə görə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb” – deyə K.Əliyev bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Polis mübaisə 
Şərhlər
AZAD AYDIN tərəfindən 16-01-2018 23:15:03 tarixində yazıldı
OZUNU YANDIRAN SÜRÜCÜ
Ay polis əvvəllər o məhkum həyatı yaşayıbsa demək cəzasını ödəyib!Bu qədər savadsızlıq olar?Siz etdiyiniz və etmədiyiniz hərəkətlərinizə görə cavab verin!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 14:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com