ABŞ-da 13 uşağını zəncirdə saxlayan valideynlər-FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
15:51
1740
ABŞ-da 13 uşağını zəncirdə saxlayan valideynlər-FOTO

Kaliforniyada Riversayd dairəsinin polisi  2-29 yaş arası 13 uşağın valideynini həbs edib. Onlar öz övladlarını zəncirdə saxlayırmışlar.

FaktXeber.com-un CNN-ə istinadla məlumatına görə, yanvarın 14-də 17 yaşlı qız evdən qaçıb və polisə zəng edib. O, bildirib ki, ata-anası onun 12 bacı-qardaşını evdəq buraxmır, onları zəncirləyib.

Qızla kiçik söhbətdən sonra polis 57 yaşlı  Devid Allen  Tuürpin və 49 yaşlı  Luiza Anna Turpini evində həbs edib. Məlum olub ki, uşaqların bəziləri pis qoxu gələn evdə çarpayıya  bağlanmış halda tapılıblar.

Uşaqlardan 7-si 18-29 yaşlı yeniyetmə olub. Polisin yaydığı məlumatda deyilir ki, onların hamısının vəziyyəti ağır olub: «Uşuqlar uzun müddət idi ki, ac idilər. Onlara nə yemək, nə də su verilib».

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, valideynlər isə həbs olunub. 

Məqalədə : Kaliforniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 13:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com