Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
15:27
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var".

Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".

M. Nağısoylu qeyd edib ki,  2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.(APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : orfoqrafiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 02:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com