Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
15:20
İcbari Tibbi Sığorta fəaliyyətə başlayır

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Agentlikdən Faktxeber.com-a verilən məlumata görə, fərmana əsasən, Agentliyin Nizamnaməsi təsdiq edilib.

Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və Agentliyin özünə həvalə olunub.

Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir.

Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb.

Xatırladaq ki, prezident İlham Əliyev 6 sentyabr 2017-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla Agentliyin Nizamnaməsi təsdiq edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İcbari tibbi sığorta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com