Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
12:10
3324
Kadırov Kərbəlaya gedən qadına ev hədiyyə edib

Ötən ay Goranboy rayonu ərazisində köməksiz vəziyyətdə tapılan 104 yaşlı qadından yeni xəbər var.

Xatırladaq ki, müqəddəs Kərbəla şəhərinə aparılmaq adıyla aldadılan qadın Azərbaycana göndərilmiş və taleyin ixtiyarına buraxılmışdı. Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirmişdi.

FaktXeber.com Rusiya KİV-lərinə istinadən məlumat verir ki, hadisədən xəbər tutan Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadın Mədinə Əliyevaya Qroznı şəhərində ev bağışlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kadırov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com