Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
09:43
1469
Dünyanın ən böyük beşinci almazı tapıldı - FOTO
Onun dəyəri 40 milyon dollar civarında dəyərləndirilir

Cənubi Afrika ölkəsi olan Lesotoda Lesteng almaz mədənində dünyanın ən böyük beşinci almazı çıxarılıb.

FaktXəbər-in məlumatına görə, mədəni işlədən İngiltərənin "Gem Diamonds" firması almazın 910 karat və 40 milyon dollar dəyərində olduğunu bildirib.

"Gem Diamonds" prezidenti Klifford Elfik mətbuata verdiyi açıqlamada bildirib ki, sözügedən almaz ən şəffaf almaz sinfi olan "D rəngli"dir və böyüklüyünə görə də çox nadir parçadır.

Elfik, "mədənimizdən çıxardığımız bu son brilyant dünyada indiyə qədər tapılmış ən böyük beşinci almazdır. Mədənimizdən 2006-cı ildə 603 karatlıq, 2015-ci ildə isə 357 karatlıq başqa bir almaz çıxarmışıq", - deyə bildirib.

Məqalədə : almaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 21:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status