Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

16 Yanvar

2018
08:25
694
Erməni baş məşqçi futbolda da xislətindən əl çəkməyib

Özbəkistan Millisinin keçmiş baş məşqçisi, erməni əsilli Samvel Babayan ölkədə hər hansı futbol işində iştirakdan ömürlük məhrum edilib.

FaktXəbər bildirir ki, bu barədə Özbəkistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu barədə qərar yanvarın 15-də qurumun İdarə Heyətində çıxarılıb.

Federasiyanın məlumatına görə, 46 yaşlı mütəxəssis yığmanın tərkibinin seçilməsində tanış oyunçulardan istifadə edib, ekspertlərin və təcrübəli həmkarlarının tövsiyələrinə qulaq asmayıb. Federasiya həmçinin hesab edir ki, məşqçi DÇ-2018 seçmə turniri zamanı vəzifəsinin icrasına məsuliyyətsiz yanaşıb və şəxsi kommersiya maraqlarını əsaslanaraq göstəriciləri aşağı olan futbolçuları heyətə daxil edib.

Xatırladaq ki, Babayan 2015-cu ildən Özbəkistan yığmasının baş məşqçi vəzifəsində çalışıb. O, Milli komandanı DÇ-2018-ə çıxara bilmədiyi üçün 2017-ci ilin sentyabrında istefaya göndərilib.

Məqalədə : Özbəkistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2018 23:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru