Super bakteriyaların risk qrupunda olanlar açıqlandı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2018
16:44
2157
Super bakteriyaların risk qrupunda olanlar açıqlandı

Super bakteriyalar insanlığın gələcəyi üçün çox təhlükəlidir. Bununla belə problem bu günə kimi demək olar ki, öyrənilməyib. FaktXeber.com-un məlumatına görə, Britaniyanın Ekseter Universitetinin bir qrup alimi Environment International jurnalında bu orqanizmlərlə mübarizəyə həsr olunmuş məqalə dərc ediblər.

Super bakteriyalar – antibiotiklərə davamlı  bakteriyalar qrupudur. Bu orqanizmlərin yaranması insan fəaliyyəti ilə, xüsusən də lazım oldu-olmadı  antibiotiklərdən mütəmadi istifadə ilə bağlıdır. Bu səbəbdən  bakteriyaların bəzi növlərində ona  qarşı dözümlülük yaranıb. Hazırda isə onlar bu müqaviməti təkcə mutasiya sayəsindlə deyil, həmçinin bir bakteriyadan bakterial  cəmiyytin digər üzvlərinə  ötürülən müqavimət genləri vasitəsilə alırlar.

Alimlərin nəzəriyyəsi bundan ibarət olub ki, antibiotiklərin ətraf mühitə tullantısının əsas mənbəsi kənd təsərrüfatıdır. Əvvəlcə heyvanlar «təhlükəsiz yemlə» qidalandırılır, sonra antibiotiklər peyinlə birlikdə sahələrə düşür, ordan isə çirkab suları ilə sahil sularına qarışır.

Beləliklə, alimlərin ehttimalına görə, çimilən sular insanların  belə bakteriyalarla  birbaşa kontaktda olduğu əsas yerdir. Və onlar səhv etməyiblər, yaşayış məntəqələrinin, əkin sahəloərinin və sənaye müəssisələrinin yaxınlığında yerləşən sahilyanı  açıq göllərdə çimənlər daha çox «məğlubedilməz» bakteriyalara yoluxurlar.

Risq qruppu siyahısına serfinqçilər başçılıq edir. Onların  bağırsağında  belə  orqanizmlər adi dəniz həvəskarlarından 3 dəfə artıq tapılıb. Alimlərin fikrincə serfinqçilər üzərkən daha  çox dəniz suyu udurlar. Həmçinin onların məşğuliyyət yeri sıx yaşayış məskəninin yaxınlığında olur.

Maraqlıdır ki, araşdırmanın bir qismi ictimaiyyət üçün qapalıdır. Müəlliflərin sözlərinə gjörə, bu bir sıra etik problemlərlə bağlıdır.

Məqalədə : super bakteriyalar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 09:13



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com