Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2018
15:43
4600
Yaxşı kişinin 3 xüsusiyyəti

Bu gün cəmiyyətdə baş verən proseslərə diqqət etsək görərik ki, onların əksəriyyəti ailədən qaynaqlanan məsələlərdir. İnsanlarla davranış, yardımlaşma, səbr nümayiş etdirmək və sair belələrindəndir.

Ailədə böyüyən uşaqlar sözügedən xüsusiyyətləri ətrafındakı insanlardan götürür, ilk öncə ailə üzvlərindən. Bu baxımdan, ailədə atanın və ananın rolu başqa ailə üzvlərindən daha çoxdur. Xüsusilə də uşaq yeniyetmə yaşına çatan zaman hər bir rəftar və danışıq ona təsir qoyur. Böyüyən zaman bu uşaq özü də gələcək ailəsi ilə eyni o cür rəftar edəcək.

Uşağın götürdüyü dəyərlərin böyük əksəriyyəti isə ailə başçısından, yəni atadan keçir. O kişi ki, evdə xanımını təhqir edir və ailə üzvləri ilə kobud davranır, şübhəsiz ki, övladları ondan silinməz mənfi vərdişlər götürəcək və bu onların psixikasını pozacaq. Belə atalar nəinki örnək deyil, əksinə, övladlarının bədbəxtlik amilidirlər. Həm özləri xoşbəxt həyatdan məhrum olurlar, həm də övladlarının gələcək həyatına təsir göstərəcək addımlar atırlar.

Ancaq ata ailə üzvlərinə qarşı mehriban və diqqətcil olarsa, xanımı ilə mülayim davranarsa, məsələ başqa məcraya yönələr. Belə ailələrdə böyüyən uşaqlar həm psixoloji təzyiqlərdən xilas olur, həm də gələcəkdə xoşbəxt ailəyə sahib olmaq üçün yaxşı şans əldə edirlər.

İslam da kişilərə ailədə mülayim, xoşrəftar olmağı tövsiyə edir. İmam Sadiq (ə) kişiləri ailələrinə qarşı məsuliyyətli olmağı tösiyə edir: "Kişilərdə bu üç sifət - xoşrəftarlıq, əliaçıqlıq və qeyrət mütləq olmalıdır. Əgər yoxdursa, gərək özlərini məcbur etsinlər və həmin sifətlərə yiyənsinlər”.

Əvvəla, xoşrəftarlıq bir çox çətinliklərin açarı olduğu kimi, ailə səadətinin də açarıdır. İkincisi, kişi gərək simic olmasın və eyni zamanda israfçılıq da etməsin. Nə ailənin çətinlik çəkməsinə razı olsun, nə də israf etməsinə. Üçüncüsü, kişi mütləq qeyrətli olmalıdır. Qeyrət elə bir sifətdir ki, bütün kişilərin fitrətinə qoyulub. Lakin yuxarı və aşağı həddini gözləməlidir. Bu ölçülərin gözlənilməməsi ailədə böyük bədbəxtliklərə səbəb olar. Ona görə də kişi özünə hakim olaraq, ailəsinin qeyrətini çəkməlidir.

Məqalədə : ailə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 18:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status