Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2018
10:50
4763
Mirşahinin telekanal açmasına REAKSİYA gəldi

Fəaliyyəti iki il əvvəl dayandırılmış ANS telekanalının vitse –prezidenti Mirşahin Ağayevin yeni televiziya açdığı barədə məlumat yayılıb. Məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb. Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı və digərlərinin olduğu deyilir.

İddia olunur ki, yeni telekanal öncələr internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir. Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. Yayılan məlumatlarda layihənin Mirşahinə məxsus olduğu vurğulanır.

Məsələ ilə bağlı Mili Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev Modern.az-a deyib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur:

“Televiziya açılması üçün MTRŞ-ya müraciət edilməlidir. Əgər regional kanallardan, yaxud ölkə yayımçılarından söhbət gedirsə, müvafiq boş tezliklər olmalıdır. Həmçinin, müvafiq qaydada müsabiqə elan olunmalıdır. Müsabiqəyə sənədlər qəbul olunaraq, nəticələri elan olunmalıdır. Nəticədə isə lisenziya verilməlidir. İnternet televiziyasıdırsa, bu, bizlik məsələ deyil”.

Məqalədə : Mirşahin ans 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
37

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1065

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
67

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
612

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
677

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
223

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
114

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 12:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru