Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

15 Yanvar

2018
10:44
644
Qətərli şeyx BƏƏ-də əsir saxlanılır-VİDEO

Qətəri yönədən Əl-Sani ailəsindən  Şeyx Abdullah  bin Əli əl-Sani Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı  Əbu Dabidə zorla saxlanılır. FaktXəbər.com-un məlumatına görə, bu barədə onun özü, «Əl-Cəzirə» televiziyasında yayımlanan kadrda bildirir.

Şeyx Sani 2017-ci ilin iyun ayının 5-də Səudiyyə Ərəbistanı və tərəfdarları tərəfindən təcrid edilən Qətərə vasitəçilik üçün BƏƏ-yə getmişdi. 

Müzakirələrdə önəmli bir vəzifənin məsuliyyətini öz üzərinə götürən Şeyx Sani, kadrda  BƏƏ-nin vəliəhd şahzadəsi  Şeyx Mühəmməd bin Zeyd tərəfindən qonaq dildiyi bildirilir və ardınca da ölkədə zorla saxlanıldığı deyir.

 «Hazırda mən Əbu-Dabidəyəm, mən Şeyx Mühəmmədin  qonağı idim, ancaq indi qonaq deyiləm, məhbusam», - deyə o, videoda bildirir.

«Mənə dedilər ki, məni buraxmayacaqlar. Qorxuram ki, başıma bir iş gələr və bunda Qətəri günahlandırarlar. Buna görə sizə xəbər verirəm, əgər başıma bir iş gələrsə, buna görə Qətər xalqını məsul bilməyin. Mən Şeyx Məhəmmədin qonağıyam və bundan sonra başıma bir iş gələrsə, o, məsuldur»  , - deyə o, əlavə edib.

Məqalədə : BƏƏ Qətər Şeyx Sani 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2018 23:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru