Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2018
23:41
2781
Pablo və dostları `Real Madrid`i yıxdılar - VİDEO

İspaniya La Liqasının XIX turunda "Real Madrid" öz meydançasında "Vilyareal"ı qəbul edib. "Santyaqo Bernabeu" stadionunda keçirilmiş oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

FaktXəbər-in məlumatına görə, yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub.

Bu qələbə sayəsində xallarını 31-ə çatdıran “Vilyareal” 5-ci pilləyə yüksəlib. Ardıcıl üçüncü qarşılaşmada qol vura bilməyən "Real Madrid" isə 32 xalla 4-cü yerdə qərarlaşıb. Zinəddin Zidanın baş məşqçisi olduğu komanda bir oyun az keçirib. Turnir cədvəlinə 48 xalla “Barcelona” başçılıq edir.

Məqalədə : Real Madrid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 10:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com