Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2018
21:27
Nigeriya hökuməti Şeyx Zəkzəkiyə müayinə olmaq üçün icazə verdi - VİDEO

FaktXəbər-in məlumatına görə, ömrünün 20 ildən artıq hissəsini qeyri-qanuni məhbəs həyatında keçirən Nigeriya İslam Hərakatının lideri Şeyx İbrahim Zəkzaki bu gün jurnalistlər qarşısına çıxıb. 

Boyununda sarğı taxtası və əlində əsa tutan Şeyx Zəkzakiyə paytaxt Abucanın xəstəxanalarının birində müayinə olunmasına icazə verilib.

O jurnalistlərə deyib: “Mən hələ də yaşayıram. Öz həkimim vasitəsilə müayinə olunmağıma icazə verildi.”

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Nigeriyada hökumət qüvvələri müsəlmanlara qarşı qətliam törədiblər. Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzakinin bir oğlu və bir qızı başda olmaqla minlərlə şiə qanına qəltan edildi, diri-diri yandırıldı. Mindən artıq müsəlman isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralı vəziyyətdə həbsxanalara salınmışdı. Şeyx Zəkzakinin özü və xanımı isə göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. 2014-cü ilin Ramazan ayında isə Nigeriya hərbiçiləri Şeyx Zəkzakinin 3 oğlunu öldürmüşdülər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Zəkzaki 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com