“ABŞ-da qadına hüquq verilməyəndə, bizdə verildi”

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
15:30
3040
“ABŞ-da qadına hüquq verilməyəndə, bizdə verildi”
Tarixçi alim Dilavər Əzimli Cümhuriyyət Sərəncamını FaktXəbər-ə dəyərləndirib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sərəcam imzalayıb. 

“Sərəncamın sadəcə sənəd üzərində qalmaması və daha daha geniş təbliği üçün hansı vasitələrdən istifadə olunmalıdır” sualı ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliyə müraciət etdik.

Dilavər Əzimli FaktXəbər- ə açıqlamasında bildirdi ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncamın əslində bundan əvvəl imzalanıb: «Eyni zamanda 2017-nin sonunda buna start verildi. Bir çox yerlərdə, o cümlədən AMEA Bakıxanov adına Tarix İnstitutunda bununla bağlı tədbirlər keçirildi. Amma 2018-ci ilin «Cümhuriyyət ili» elan edilməsi təqdirəlayiqdir. 1991-ci ildə İstiqlaliyyət Bəyannaməsi elan olunmaqla Azərbaycan özünü Azərbaycn Demokratik Cümhuriyyətinin varisi elan elədi və dövlətçiliyimizin möhkəmlənməsi prosesi getdi. Bu sərəncam birmənalı şəkildə Azərbaycan cümhuriyyətinin varisi kimi bizim üzərimizə mühüm öhdəliklər qoyub. Bunlardan biri də Azərbaycan Respublikasının gələcəyə doğru daha da demokratikləşdirilməsi, gücləndirilməsi məsələsi dayanır. Hesab edirəm ki, «Cmhuriyyət ili»nin elan olunduğu dövrdə bu  məsələlər xüsusi əhəmiyyət kəsb edəcək: bağçalardan tutmuş ali məktəblərə, institutlara, dövlət müəssisələrinə qədər təntənəli keçiriləcək».

Dilavər Əzimli yanvarın 11-nin Azərbaycan Cümhuriyyətinin rəsmən tanınması günü olduğunu da  vurğuladı: «Hesab edirəm ki, bu gündən başlayaraq Azərbaycanda böyük kütləvi aksiyalar öz işinə başlayacaqdır». 

«Biz o cümhuriyyətin varisiyik ki, o, demokratiyanın nə olduğunu dünyaya göstərdi. O cümhuriyyətin varisiyik ki, hələ ABŞ-da qadına hüquq verilmədiyi vaxtda bu dövlətdə verildi. O cümhuriyyətin varisiyik ki, bütün xalqlara tolerantlıq dözümldülük nümayiş elədi», - deyə tarixçi sözlərini yekunlaşdırdı.

Xatırladaq ki, yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalanıb. Sərəncamda 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu bildirilir. Qeyd edilir ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 11:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com