Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
15:07
Rusiya Azərbaycanın müdafisəsinə qalxdı

Rusiya XİN ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini cəfəngiyyat adlandırıb.

"Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən deyib.

"Müxtəlif kütləvi tədbirləri, o cümlədən idman tədbirlərini uğurla keçirən ölkələr nədənsə Dövlət Departamentində qıcıq yaradır. Bu hesabatları yazan insanlar, görünür, heç vaxt Bakıda olmayıblar. Özüm şəxsən dəfələrlə Bakıda olmuşam və hər dəfə ora məmnuniyyətlə gedirəm. Bakının tarixi mərkəzi- görməli yerləri, muzeyləri, parkları tamamilə təhlükəsizdir və turistlər arasında böyük marağa malikdir. Deyilənlər, sadəcə, cəfəngiyyatdır", - M.Zaxarova bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 03:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com