Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
14:44
Həkimlər xəbərdarlıq etdi: `Donuz qripi` qayıdır

Həkimlər yaxın vaxtlarda Rusiya ərazisində yeni "donuz qripi"ni proqnozlaşdırırlar. FaktXəbər-in verdiyi məlumatam görə, “Rospotrebnadzor”un (İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmət) epidemiologiya üzrə mütəxəssisi Mixail Lebedev bildirib ki, bu tip qrip yox olmayıb və onun müxtəlif variantları hər il ortaya çıxır.

O, əlavə edib ki, bu il əsasən təhlükə beş yaşına qədər uşaqlar və 50 yaşdan yuxarı şəxslər üçün təşkil edir. Maddələr mübadiləsi pozulan insanlar, immunitedi zəif şəxslər, HİV daşıyıcıları və hamilə qadınlar da risk qurupuna daxildir. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "donuz qripi" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 06:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com