Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
09:38
1660
Alpinistlərin axtarışından nəticə yoxdur - 17 gün keçdi...

Alpinistlərin dostları təklif irəli sürürlər ki, xaricdən cihazlar gətirilsin və axtarışlar bu cihazlar vasitəsilə aparılsın.

Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları artıq  yarım aydır ki, nəticə vermir. Gənc alpinistlərin sağ qalma ehtimalları sıfıra enib. Ancaq heç bir izə rast gəlinmədiyi üçün hələ ki bu barədə konkret fikir söylənilmir.

Axtarış qrupunda iştirak edən peşəkar alpinistlərlə söhbətimiz zamanı onlar bildiriblər ki, itkin düşən gənclərin qar uçqunu altında qalmaları mümkündür. Çünki həmin günü Tufandağda hava şəraiti sərt və küləkli olub. Alpinistlərin çadırlarının dayaqlarının sərt küləyə dayanıqlı olmadığını nəzərə aldıqda, onların çadırın altında və ya  qar uçqununda qalma ehtimalları böyükdür.  Mütəxəssislər bildirirlər ki, alpinistlərin buz çatlarına düşməsi faktoru real görünmür. Çünki Azərbaycan dağlarında elə böyük buz çatları yoxdur.

Hazırda Azərbaycanda hava şəraiti kəskinləşib. Buna görə də alpinistlərin axtarışları da çətinləşib. Bu barədə məlumat yayan “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı bildirib ki, yanvarın 10-da alpinistlərin axtarışı hava şəraitinin pis olması səbəbindən zəif aparılıb. Lakin axtarış prosesləri tamamilə dayandırılmayıb. Məlumat üçün onu da qeyd edək ki, yanvarın 10-da Quba-Xınalıq ərazisinə 10 santimetr qar yağıb.

İtkin düşən alpinistlərin dostları axtarış prosesləri ilə bağlı yenidən müvafiq qurumlara müraciət ünvanlayıblar.

Bildirilir ki, itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı “Apple” şirkətindən ən son siqnalların, antenn məlumatlarının alındığı koordinatlar müəyyənləşdirilsin. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən “Ground Penetrating System” əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər: “Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın ”Sensors&Software" şirkətinin istehsalı olan  SnowScan Rescue Radar,  İsrailin “Camero-Tech” şirkətinin istehsalı olan və “Sense-through-the-wall” təsvir texnologiyası ilə çalışan avadanlıq,  70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor - MF 9700 QUINARY,  NASA-nın  istifadə etdiyi  ‘FINDER’ (FINDER Search and Rescue Technology) cihazı , -20 (mənfi iyirmi) dərəcəyə qədər termohəssaslıqla göstərən Termographic kameralar və digər avadanlıqlardan istifadə olunsun. Bu sahədə peşəkar təcrübəsi olan, qardaş Türkiyədə ixtisaslaşmış  TDF (Türkiye Dağcılık Federasyonu) və 2668 əməliyyat keçirərək 2593 nəfəri xilas edən AKUT  (Arama Kurtarm Derneği) təmsilçilərinin Azərbaycana gəlmək üçün hazırdırlar. Lakin hələ də müvafiq rəsmi icazəni gözlədiklərini bildirirlər. Dövlət qurumlarından xahiş edirik ki, TDF və AKUT xilasediciləri də axtarış-xilasetmə prosesinə cəlb olunsun".

Məqalədə : aLPİNİST 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 10:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com