Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
22:13
1703
Binəqədi rayonunda təbii qaz olmayacaq

Yanvar ayının 12-də saat 10:00-dan etibarən Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcə də Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

FaktXeber bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. 

Məhdudiyyət Binəqədi rayonu Vorovski qəsəbəsi ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə uzun müddət istismar olunmuş, mövcud diametri 159 mm-lik aşağı təzyiqli qaz xəttinin əvəzlənməsi üçün yeni çəkilmiş, diametri 110 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xəttindən ayrılmalar üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və avtomobil yolunun təmiri ilə bağlı tikinti sahəsinə düşən qaz xətlərinin rekonstruksiyası ilə əlaqədardır. Fasilələr işlər yekunlaşanadək davam edəcək. 

"Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - deyə məlumatda qeyd olunub.

Məqalədə : qaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 10:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com