Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Yanvar

2018
21:47
582
Güləş Federasiyasında kadr dəyişikliyi olub

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi olub. 

FaktXəbər AGF-nin saytına istinadən xəbər verir ki, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib. 

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib. 

Qeyd edək ki, F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub. 

Məqalədə : Güləş Federasiyası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 06:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru