Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Qərar imzalandı. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti, yaxud Azərbaycan Demokratik Respublikası ili elan edilsin. Babalarımızın 100 il öncə qocaman Tiflisin mərkəzi prospektində yerləşən, rus çarının Qafqazdakı canişinin oturduğu binada elan etdikləri müstəqillik qərarının 100 YAŞı tamam olur. Bir əsrdir ki, dünyanın siyasi xəritəsində Azərbaycan adlı ölkə var.
Sərəncamların keçirilmə ənənəsi adətən kiçik universitet zalları, mədəniyyət binaları, televiziya proqramları çərçivəsindən kənara çıxmır. Görkəmli şəxsiyyətlərimizin, əlamətdar tarixi hadisələrin nümünəsində bunun şahidi olmuşuq, əksəriyyət xəbərsiz qalır, üstəlik, epizodik də olsa yolda reklam lövhəsində, telefona gələn təsadüfi mesaj siqnalında, yaxud qapımızı döyüb müxtəlif şirkətin məhsullarını təqdim edən şirkət nümayəndələrinin satıcıları qədər rastlaşmırıq bu SƏRƏNCAMLARLA.
Lakin Cümhuriyyət Sərəncamı bir başqadı. Onun qüdrəti az qala bütün məktəblilərə əzbərlədilən, məhz əzbərlədilən, izah olunmayan, “Bir kərə yüksələn bayraq, bir daha enməz” cümləsi ilə yekunlaşmır. Cümhuriyyət ideyasının qayəsində duran dəyərlər çox qiymətlidir, zəngindir. Öyrəndikcə bitmir. Hər səhifəsi insan əməyi, şəhid qanı, ziyalı nümünələri ilə zəngindir.
Yaşanmış hekayə demişkən, bir dövlətin baş nazirini təsəvvür edin, atasına məktub yazaraq bildirir ki, dövlətimiz yeni, büdcəmiz kasaddır, xahiş edirəm, mənə bir qədər maddi yardım edəsən.
Söhbət Nəsib bəy Yusifbəylidən gedir.
Yaxud, ordu quruculuğuna öz qızıllarını hədiyyə edən anaların fədakarığını, “...Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan”, - deyən Məhəmməd Əmin Rəsulzadənin 19 yaşlı oğlunun güllənmə cəsazı ilə həyatını itirməsini...
Sərəncamlarla bağlı bir maraqlı hadisəni də qeyd etməsəm, olmaz.
SSRi dönəmində Azərbaycandan bir kəndli Stalinə məktub yazır: “Yoldaş Stalin, sizə buz göndərmişəm, almısız, ya yox?”
Məktubu oxuyan Kreml işçiləri, ona əhəmiyyət vermirlər. Amma bu məzmunlu məktubun bir neçə dəfə təkrarlandığı üçün Stalinə xəbər verirlər. Stalinin tapşırığı ilə azərbaycanlı Kremlə aparılır.
Stalin azərbaycanlıdan nəyə görə belə bir məktub yazdığını, Azərbaycandan Moskvaya buz gedib çıxa bilməyəcəyini izah edir. Azərbaycanlı isə bu izaha bənd imiş kimi cavab verir:
“Yoldaş Stalin, necə ki, Azərbaycandan Moskvaya buz gəlib çatmır, yolda əriyir, eləcə də sizin Sərəncamlar bizə gəlib çatmır, məmurların diqqətsizliyindən əriyir.”
Bir vətəndaş olaraq arzumuz Cümhuriyyət Sərəncamının ənənvi tədbir, konfrans ölçülərindən çıxarıb, daha geniş xalq kütlələrinin iştirakını təmin edilməsidir. Arzu edək ki, əyalətdəki məmurlar Sərəncamların, xüsusi ilə bu Sərəncamın mahiyyətini anlasınlar.
100 illiyi tamam olan Cümhuriyyət və İstiqlal yubileyiniz mübarək!
17-04-2018 11:47 "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlanıb
16-03-2018 10:17 Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş yeni film çəkilir
06-02-2018 14:13 Azərbaycan Xalq Cümhuriyyətinin tarixini bilirsinizmi? - TEST
12-01-2018 15:30 “ABŞ-da qadına hüquq verilməyəndə, bizdə verildi”
10-01-2018 12:49 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi
28-05-2015 15:20 QAT rəhbərliyi Azərbaycan Xalq Cumhuriyyəti abidəsini ziyarət etdi
- 18-04-2018 16:36 İnsan və azadlıq
- 16-04-2018 12:59 Səhnələşdirilmiş kimyəvi hücum ssenarisinin pərdəarxası
- 12-04-2018 15:14 ABŞ Suriyanı vura biləcəkmi? - ANALİZ
- 10-04-2018 16:33 Məktəblərdə YENİ fənn – MOTİVASİYA
- 09-04-2018 18:06 “Torpaq günü” torpağa gömülən insanlar və insanlıq
- 03-04-2018 10:33 Müəllim işləmək məcburiyyətindəyəmmi?
- 28-03-2018 10:39 Kemerovo faciəsi Bakıda da yaşana bilərmi?
- 27-03-2018 16:28 Qərb Rusiyaya qarşı son "silah"ını işə saldı - ANALİZ
- 17-03-2018 11:24 Rusiya və İrana təzyiqlə güzəştə məcbur etmək istəyirlər
- 14-03-2018 11:35 Yəmən müharibəsi 10 günə başa çatacaqdı, 3 il keçdi
- 13-03-2018 10:10 Təcavüzkarın qorxulu yuxuları: BUMERANQ GERİ QAYIDIR
- 05-03-2018 15:15 Özünüzdən, yaşadığınız həqiqət dünyanızdan qaçmayın
- 03-03-2018 14:58 "The Independent": Putin İtaliyada hakimiyyətə "gəlir"
- 02-03-2018 11:05 Maraqlı, amma narahat olmalı statistika... - ANALİZ
- 23-02-2018 15:17 Xocalıya hücum 1989-cu ildə Ermənistandakı rus bazasında planlaşdırılmışdı
- 22-02-2018 14:41 Onsuz həyatın mənası yoxdur...
- 21-02-2018 16:09 2018-ci ildə estafeti Bakıya verməyə hazırlaşan Təbriz
- 15-02-2018 11:30 ABŞ kəşfiyyatı: bu il Qarabağda müharibə olacaq
- 10-02-2018 14:13 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 08-02-2018 08:48 Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
- 07-02-2018 10:05 Dağıstanda həbslər: Abbas Abbasov təhlükədə
- 05-02-2018 09:08 Fazil Məmmədovun yeznəsinin Türkiyədə biznesi ortaya çıxdı
- 02-02-2018 08:34 İqtisadçı alim də intihardan yazdı
- 26-01-2018 16:51 ABŞ-ın Suriyanı parçalamaq planı ifşa edildi
- 25-01-2018 09:11 Beynəlxalq Böhran Qrupunun Qarabağ maraqları

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
19-04-2018 13:43
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]