Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
15:20
1850
`İran barədə informasiyalar həqiqəti əks etdirmir`

Beynəlxlaq medianın İran barədə verdiyi məlumatlar həqiqətlə ziddiyət təşkil edir. FaktXəbər-in verdiyi məlumata görə, bu açıqlamanı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin müşaviri Nathali Toçi edib.

O, Twitter hesabında qeyd edib ki, İranda səfərdə olarkən etirazlarla bağlı fərqli mənzərənin şahidi olub: "Yenicə İrandan qayıtmışam. Beynəlxlaq medianın İran barədə ötən həftələrdə verdiyi məlumatlar real vəziyətlə təəssüfedici dərəcədə fərqlidir". 

Avropa Komissiyasının vitse-prezidentinin müavini daha sonra bildirib ki, İranda stabilliyi pozmaq üçün hədsiz səylər göstərilib: "Bu etirazlar kütləvi böhran vəziyyətinə gəlib çıxmadı. Beynəlxalq medianın məsələyə bu qədər diqqət ayırmasının yeri yox idi. Çünki bu ölkə mühüm siyasi dəyişiklik və xaos astanasında deyildi".



Məqalədə : İran aksiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 05:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com