Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Yanvar

2018
10:25
789
`Polşa prezidentinin təyyarəsində partlayışlar olub`
Qəza səbəblərini araşdıran komissiya bu qərara gəlib

Polşa prezidentinin təyyarəsinin qəzaya uğramasının səbəbləri üzrə araşdırma aparan komissiya göyərtədə bir neçə partlayış baş verdiyini elan edib. FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, cari ilin yanvarın 10-da  komissiyanın aviaqəzanın səbəblərinin təkrar araşdırılması üzrə plenar iclasında Aviasiya hadisələrinin araşdırılması sahəsində beynəlxalq ekspert Frenk Teylor dinlənilib.

O, bildirib ki, prezidentin də olduğu Tu-154M təyyarəsi daxildə olan partlayış nəticəsində təyyarənin  sol qanadı qırılıb, bundan başqa bir neçə partlayış olub. Ekspert həmçinin iddia edir ki, təyyarənin qarşısına çıxan tozağacının təyyarənin qanadının ilkin qırılması ilə əlaqəsi yoxdur.

Qeyd edək ki, 2010-cu ildə Polşanın sabiq prezidenti Lex Kaçinskinin təyyarəsi Tu-154  Smolnsk-Severnıy aeroportunda eniş zamanı qəzaya uğrayıb. Qəza zamanı göyərtədə 96 nəfər – 88 sərnişin və 8 heyət üzvü olub. Onlar Katında matəm mərasiminə yollanırdılar. Təyyarədəkilərin hamısı həlak olub. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 23:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru