Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Yanvar

2018
22:26
582
“Azerspace-2” peyki aprel ayında orbitə çıxarılacaq

“Biznesin davamlılğını təmin edəcək “Azərspace-2” peykinin orbitə çıxarılması məqsədilə  peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir”.

FaktXəbər-in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin sədri  Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, “Azərspace-2” peykinin aprel  ayında orbitə çıxarılması nəzərdə tutulur.

“Azərspace-2” hazırkı əhatə dairəsini genişləndirəcək, bu da bizə müştərilərimizə daha etibarlı xidmət göstərmək imkanı  verəcək. Qeyd edim ki, “Azərspace-2” peyki orbitə buraxılmamış tutumların 46%-i artıq satılıb”, -deyə R.Nəbiyev vurğulayıb.

O bildirib ki, “Azərsky”peyki üzrə əldə olunan  gəlirlərin 98%-i xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2020-ci illərdə yerin peyk vasitəsi ilə məsafədən  müşahidəsi xidmətinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb: “Dövlət qurumlarında bu xidmətdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi sözügedən proqramın hazırlanmasını  zəruri edib. Hesab edirik ki, dövlət proqramının qəbul olunması növbəti  5 ildə məsafədən idarə olunma xidmətinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsi ilə dövlət idarəetməsinin effektliyini artırar və bu sahə üzrə elmi-tədiqat və ixrac potensialını yüksəltmiş olar”.  

Məqalədə : Azərspace-2 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 23:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru