Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
20:38
Ermənilərə əsir və girov düşmüş azərbaycanlılar - Yeni RƏQƏMLƏR dəqiqləşdi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 yanvar 2018-ci il tarixinə 3875 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan FaktXəbər-ə verilən məlumata görə,  rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3127 nəfər, mülki şəxslərin sayı 748 nəfərdir.

Həmin mülki şəxslərdən uşaqlar 66 nəfər (22 nəfər qız, 44 nəfər oğlan), qadınlar 265 nəfər,  qocalar 302 nəfərdir (152 nəfər qadın).

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Onlardan 590 nəfər hərbçi, 281 nəfər mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri (7 nəfər qız, 22 nəfər oğlan) uşaqlar, 98 nəfəri qadınlar, 111 nəfəri (62 nəfər qadın) qocalardır.

1 yanvar 2018-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1444 nəfər olub. Onlardan hərbçilər 356 nəfər, mülki şəxslər 1088 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  216-sı  (77 nəfər qız, 139 nəfər oğlan) uşaqlar,  278-i qadınlar,  221-i (100 nəfər qadın) qocalar olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : erməni əsir 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 15:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com