Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
21:12
2751
`Real Madrid` Məhəmməd Salaha elçi düşüb

“Liverpul” futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Salah “Real Madrid”in maraq dairəsinə düşüb.

FaktXəbər-in NTV Spora istinadən məlumatına görə, Madrid təmsilçisi 25 yaşlı misirli futbolçunu heyətinə qatmaqda israrlıdır.

"Real Madrid" bundan əvvəl də "Tottenhem"in hücumçusu Harri Keynə elçi düşmüşdü. Amma Keyn bu təklifi mədəni surətdə rədd edərək, "Tottenhem"in uğurları üçün çalışacağını deyib.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” klubu “Liverpul”dan Filippe Koutinyonu transfer edib. Futbolçunun keçidi ümumilikdə 160 milyon avro məbləğində transfer müqaviləsi əsasında reallaşıb. Bu, “Barselona”nın tarixində ən bahalı, dünyada isə Neymar və Mbappedən sonra üçüncü ən yüksək ödənişli transfer müqaviləsidir.

Məqalədə : Məhəmməd Salah 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 11:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com