Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
20:25
1397
“Dəmirbank”ın 37,2 mln. manatlıq ipoteka portfeli 4 banka ötürülüb

Ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin ipoteka portfeli "Muğanbank", "Günay Bank", "Rabitəbank" və "NBC Bank" ASC-lərə ötürülüb.

FaktXəbər-in məlumatına görə, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan İpoteka Fondundan bildirilib.

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. Qeyd olunanlarla əlaqədar, "DəmirBank" ASC tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinə xidmətin həyata keçirilməsinin mümkün olmaması səbəbindən bankla bağlanmış Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli 27.12.2017-ci il tarixindən etibarən "Muğanbank" ASC, "Günay Bank" ASC, "Rabitəbank" ASC və "NBC Bank" ASC-yə ötürülüb”,- deyə məlumatda vurğulanıb.

“Dəmirbank”ın digər banklara xidmət üçün ötürülən portfelin həcmi 37,2 mln. manat (1170 borcalan) təşkil edib.

“Hazırda portfelin ötürülməsi prosesi tam başa çatıb və qeyd olunan müvəkkil banklar tərəfindən xidmətə başlanılması ilə bağlı zəruri işlər tamamlanıb”, - deyə məlumatda qeyd olunub. 

Məqalədə : Dəmirbank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2018 02:08

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status