Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
16:37
1184
Gələcəyin meqapolisləri: üçüncü dünya ölkələrinin daxmaları - FOTO

Amerikalı fotoqraf Nuh Addis inkişaf etməkdə olan ölkələri gəzərək sürətlə artan daxmaları çəkir. Və başa düşməyə çalışır ki, insanlar bu cür ağır həyat şəraitinə necə alışırlar. 2050-ci ilə qədər Yer kürəsinin əhalisi daha 2.5 milyard artacaq. Bu isə yeni daxmaların yaranması deməkdir. 

FaktXəbər olaraq Addisin ən təsirli şəkillərini təqdim edirik.

"Future Cities" (Gələcək şəhər) adı verilən bölümdə dünyanın müxtəlif ölkələrindən daxmalar yerləşdirilib. Bu daxmaların yerləşdiyi rayonlar fərqli görünür, amma problemləri eynidir. Adətən daxmalarda inkişaf edən şəhərlərə iş dalıyca gələn kənd sakinləri yaşayır. Onlara əmlak bazarında tapılması mümkün olmayan yaşayış yeri lazımdır. Buna görə də istifadədə olmayan kiçik torpaq parçalarında özlərinə ev tikirlər. "Məni şəhərlərdə yerləşən daxmalardakı həyat maraqlandırır. Çünki onlar təbii şəraitdə yaranır və sakinlərinin tələblərinə cavab verirlər. Mən daim belə rayonları öyrənmək istəmişəm. İstəyirəm öyrənim ki, bu şəhərlərdə davamlı inkişaf və planlaşdırma necə gedir.

Dəkkə - Banqladeşin paytaxtı. Əhalisi 16.9 milyon nəfər.

2030-cu ildə sakinlərin sayının 27.3 milyon olacağı bildirilir.

Güman edirəm ki, mənim şəkillərim inkişaf edən ölkələrin böyük şəhərlərinə gələn milyonlarla kənd sakinlərinin problemlərini böyük auditoriyaya çatdıracaq", - deyə yazır Addis.

XXI əsrin ortalarında şəhərlərdə yaşayan insan sayı 2.5 milyard artacaq. Bu da planet əhalisinin 2/3-si həcmində olacaq. Şəhərləşmə aktiv şəkildə Asiya və Afrika ölkələrində gedəcək. Hökumətlər elə indidən axının qarşısını ala bilmirlər. Nəticədə isə daxmaların sayı günü-gündən artır.

Manila - Filippinin paytaxtı. Əhalisi 12.7 milyon nəfərdir.

2030-cu ilə kimi sakinlərinin sayının 16.7 milyon olacağı bildirilir.

BMT-nin hesabatlarına görə, hazırda dünyada 1 milyard insan daxmalarda yaşayır. İnsanlar məskunlaşma olmayan yerlərdə özlərinə yeni məskən salırlar və ya yarımtikililərdə yerləşirlər. Bəzi hesablamalara görə, bu rəqəm 2030-cu ilə kimi i dəfə arta bilər. 

İnkişaf edən ölkə və şəhər rəhbərləri adətən miqrasiya ilə bağlı məsuliyyəti boyunlarına götürmək istəmirlər. Ona görə də gəlmələr qeyri-qanuni yaşayırlar və iqtisadiyyatın kölgə sektorunda çalşırlar. Yaxın 10 illikdə şəhərləşmə Hindistan, Çin və Nigeriyaya güclü təsir göstərəcək. 2050-ci ilə kimi Hindistanda şəhər əhalisinin sayı indikindən 400 milyon nəfər çox olacaq.

Mumbay - Hindistanın böyük şəhərlərindən biri. Əhalisi 20.7 milyon nəfər.

2030-cu ilə kimi sakinlərinin sayının 27.7 milyon olacağı bildirilir.

2050-ci ilə kimi planetdə əhalisinin sayı 10 milyondan artıq olan 40 meqapolis olacaq. Böyük şəhərlərdə daxmalarda yaşayan insanlar real dövlət dəstəyi istəyirlər; onlar gələcəklərini təmin etmək üçün torpaq almaq, ev tikmək niyyətindədirlər. Bundan əlavə, onlara biznesin qurulmasına kredit və rahat həyat üçün infrastruktur lazımdır.

Qahirə - Misirin paytaxtı. Əhalisi 18.4 milyon nəfərdir.

2030-cu ilə kimi sakinlərinin sayının 24.5 milyon olacağı bildirilir.

Nuh Addisin sözlərinə görə, sakit məhəllələrdən ibarət daxmaların yerləşdiyi ərazilərə dövlətlərin çox cüzi diqqətləri və xidmətləri olarsa, həmin ərazilər çiçəklənən şəhər ictimaiyyətinə çevrilə bilərlər. 

Lima - Perunun paytaxtı. Əhalisi 9.7 milyon nəfərdir.

2030-cu ilə kimi sakinlərinin sayının 12.2 milyon olacağı bildirilir.

Məqalədə : Meqapolis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 10:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com