Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Yanvar

2018
16:26
664
Rusiya hərbi bazalarına hücumda ABŞ izi - VİDEO

FaktXeber.com-un məlumatına görə, RF Müdafiə Nazirliyi yanvarın 6-da Suriyada Rusiyanın hərbi obyektlərinə Pilotsuz Uçuş Aparatlarının (PUA) hücumu zamanı istifadə olunan texnologiyaların açıq bazarda satıldığı barədə Pentaqonun açıqlamasına münasibət bildirib.

Bəyanatda deyilir ki, təyyarə tipli PUA-ların idarəsində kotrolelləri  proqramlaşdırmaq üçün və GPS sistemində döyüş sursatlarının atılması üçün inkişaf etmiş ölkədə yaxşı mühəndislik məktəbi bitirmək lazımdır. Bundan başqa  kosmik  kəşfiyyatın məlumatları əsasında  dəqiq koordinatları müəyyənləşdirmək də hər kəsin işi deyil: «Bir daha vurğulamaq istəyirik ki, yaxın günlərə kimi terroristlərdə belə şeylər yox idi. Bu səbəbdən  Pentaqon nümayəndəsinin  bütün texnikaları «açıq bazarda» əldə etməyin mümkünlüyü barədə bəyanatları təkcə bizim narahatçılığımıza deyil, həmçinin haqlı marağımıza səbəb olub. Söhbət hansı texnologiyalardan gedir? Bu «bazar» hardadır və hansı xüsusi xidmət orqanının əməkdaşı orda  kosmik kəşfiyyatın məlumatlarını satır?»

«Bundan başqa, qəribə təsadüfə yeni gözlə baxmağa imkan verir ki, nə üçün terrorçuların PUA-larında Rusiyanın hərbi obyektlərinə  hücumları zamanı Suriyada Aralıq dənizinin akvatoriyasında  7 min metr hündürlükdə Tartus və Xmeymim arasında 4 saatdan artıq məhz ABŞ-ın HDQ-nin kəşfiyyat təyyarəsi «Poseydon» patrul çəkirdi», - deyə bəyanatda deyilir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 17:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru