Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Yanvar

2018
15:56
483
Serj Sarkisyan nə qədər dözəcək?

Yeni il Ermənistanın daxili siyasətində intriqalarla başlayıb. Xüsusi ilə Serj Sarkisyanın və Karen Karapetyanın gözdən itməsi müxtəlif suallara yol açıb. 

FaktXeber.com xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına əsasən,  Serj Sarkisyan Milad ainlərində iştirak etməyib, Karen Karpetyan isə ilk iş günündə tətilə yollanıb. 

Mətbuata yayılan informasiyada Ermənistan prezidentinin halının pisləşməsi haqda məlumat yayılsa da, prezidentin mətbuat xidməti bu xəbərləri inkar etmişdi.

Daha sonra məlumat yayıldı ki, 3 yanvar tarixində Serj Sarkisyan Moskvada, elə həmin ayın ilk iki günü isə Avropa ölkələrinin birində keçirib.

Səfərlərin olub olmaması sualı açıq olaraq qalır, cooğrafiyanın fərqliliyi göz önündədir - Avropa və Moskva. İstənilən halda bu iki mərkəz Ermənistan siyasətinin gələcəyini müəyənləşdirəcək. 

Cari il Ermənistan prezident üsul-idarəetməsindən, parlament idarəçiliyinə keçir və prezident də müsahibələrinin birində ölkəni gələcək taleyi ilə bağlı suala "baxarıq" cavabını vermişdi. 

Bundan əlavə, ölkə daxili situasiya da mürəkkəbdir. Partiyanın sol qanadı Sarkisyanın müstəqil olmamasını iddia edərək, onun istefasını tələb edir.

Vəziyyətin qeyri-müəyyənliyi oliqarxların dairəsində də hiss olunur. Onlar da oyun qaydalarını anlamaqda çətinlik çəkirlər.

Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 17:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru