Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
15:54
1636
“Sosial şəbəkələr meydandır - böyük zibilxanadır”
Qulu Məhərrəmli: Jurnalist hadisə yerinə özünü göstərməyə, selfi çəkdirməyə getməməlidir

Bəzən KİV nümayəndələri faciə baş verən yerdən hər hansı bir reportaj hazırlayarkən peşə qaydalarna riayət etmir. Sonuncu dəfə dünən bunu müşahidə etdik. İtkin düşən alpinistlərlə bağlı jurnalistlər həmin əraziyə dəvət olunmuşdu. Lakin onların bəziləri selfi çəkir və başqa davranışlara yol verirdilər ki, bu da cəmiyyətdə qınaqla qarşılanıb. Ümumiyyətlə jurnalistlərin faciəni işıqlandırarkən peşə etikaları hansı formada tənzimlənməlidir? 

FaktXeber.com məsələ ilə əlaqədar  Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmlidən münasibət öyrənib.

Media eksperti ilk öncə jurnalistikanın əlifbasından danışdı: «KİV nümayəndəsi reportaj üçün gedirsə, o hadisəni soruşmalı, baş verənləri öyrənməli, hadisə ilə bağlı olan insanlardan müsahibə almalıdır. Jurnalist ora özünü göstərməyə, selfi çəkdirməyə, bayram eləməyə getmir. O, peşə borcunu yerinə yetirir və situasiyaya uyğun özünü aparmalıdır. Bu ona bənzəyir ki, adama yasa, ya toya gedəndə, yaxud ictimai tədbirdə özünü necə aparmalı olduğu öyrədilir. Hətta birinci sinif uşağı da özünü harda-necə aparmalı olduğunu bilir. Bunlar elementar qaydalardır, öyrənib əməl eləmək lazımdır. Bunun müzakirəyə çıxarılmasına belə mən birtəhər baxıram».

Müsahibiz daha sonra əlavə etdi ki, jurnalist nə özünü, nə də hadisəni reklam eləməli deyil: «O, hadisəni işıqlandırmalı, mahiyyətini çatdırmalıdır. KİV nümayəndəsi hadisə ilə oxucu auditoriyası arasında körpüdür. Burda onun kimliyi o qədər də önəmli rol oynamır. O, sadəcə transfarmatordur: hadisəni öyrənir və oxucuya təqdim edir».

Qulu Məhərrəmlinin sözlərinə görə, o jurnalistlərə diqqət edilir ki, onlar peşə ləyaqətini qoruyur, özünü qaydalara uyğun aparır, etikanı gözləyir: «Tamaşaçı ürəyinin dərinliyində ona öz qiymətini verir ki, əhsən, bu cəbhə bölgəsindədir, ya fəlakət zonasındadır, faciə baş verən rayondadır, çalışır, öyrənir və bizə məlumat verir».

Ekspert həmçinin jurnalistin şəxsi ilə bağlı hər hansı bir məsələnin qabardılmasını  yolverilməz adlandırıb: «Sosial şəbəkələr meydandır - böyük zibilxanadır. Bura üçün nələrsə edə bilərlər. Amma peşəkar, klassik jurnalistika bu tərzi qəbul eləmir».

Məqalədə : Qulu Məhərrəmli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 19:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status