Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Yanvar

2018
15:48
535
Azərbaycan hərb tarixinə dair yeni kitab çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun hərb tariximizə dair “Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf” kitabı nəşr olunub.

Muzeydən FaktXəbər-ə bildiriblər ki, 538 səhifədən ibarət kitab Azərbaycan hərb tarixinin az məlum olan məqamına - IX – XVII əsr Azərbaycan silahlarına həsr edilib.

Nəşrdə Vətən tarixşünaslığında ilk dəfə arxeoloji, təsviri, yazılı mənbələr əsasında qeyd edilən dövrün Azərbaycan silahları təhlil olunur, onların xarakterik xüsusiyyətləri müəyyənləşdirilir. Eyni zamanda, kitabda 300-dən çox fotoşəkil, rəsm, miniatür təsvirləri verilib.

Tədqiqatın müxtəlif mənbələr əsasında aparılması silahların görünüşünü, strukturunu, adlarını müəyyənləşdirməyə imkan verir. Həmçinin beynəlxalq təsnifat sistemlərinə əsasən Azərbaycan silahlarının təsnifatı tərtib edilir.

Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, rəyçiləri tarix elmləri doktorları Şahin Fərzəliyev, Nurulla Əliyev, Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyndir.

Məqalədə : hərb 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 11:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru