Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
15:50
1204
Tramp 435 min miqrantı ABŞ-dan qovur

ABŞ prezidenti Donald Tramp yarım milyon miqrantı ölkəsindən deportasiya etmək niyyətindədir. FaktXəbər-in "Haber7" portalına istinadən verdiyi məlumata görə, salvadorlu miqrantlardan sonra Haiti, Sudan və Nikaraquadan olan vətəndaşları hədəfə çevirən Ağ Ev rəhbəri növbəti mərhələdə daha 5 ölkə vətəndaşlarını deportasiya etməyi düşünür. 

Miqrantlara qarşı sərt mövqeyi ilə tanınan Donald Trampın hədəfində olan digər ölkələr Suriya, Nepal, Honduras, Yəmən və Somalidir. Trampın miqrasiya siyasəti ucbatından Birləşmiş Ştatlar ərzisində yaşayan 10 ölkədən təxminən 435 min insan hədəfə çevrilib.

Qeyd edək ki, 5 min 300 nikaraqualı 2019-cu il yanvar, 58 min 700 haitili 2019-cu il iyul, 263 min salvadorlu 2019-cu il sentyabr, 6 min 200 suriyalı 2018-ci il mart, 13 min nepallı isə 2018-ci ilin iyununa qədər ABŞ-ı tərk etməlidir. 

Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 11:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com