Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
14:45
1789
Bakı məktəbliləri ingilis dilindən imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 10-da Bakı şəhərində ümumtəhsil müəssisələrinin onuncu siniflərində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.

DİM-dən Faktxeber.com-a bildiriblər ki, monitorinq imtahanı 98 məktəbdə təşkil olunub.

İmtahan prosesinin idarə edilməsi üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahan keçirilən mərkəzlərlə mütəmadi əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

Mərkəzin rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndəsi də imtahan keçirilən binalarda olub, imtahanın gedişini izləyiblər.

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb.

Qeyd edək ki, DİM tərəfindən təşkil edilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri görülüb, lazımi avadanlıq – audio qurğular alınıb. Dinləmə mətnlərinin hazırlanması və səsləndirilməsi işi də mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmini üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Məqalədə : DİM 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 10:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com