Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
10:36
Özbəkistanda azan qadağası LƏĞV EDİLDİ

Özbəkistan KİV-ləri məlumat veriblər ki, paytaxt Daşkənddə uzun fasilədən sonra səsgücləndiricilərdən istifadə olunmaqla azan verilib. 

FaktXeber.com xəbər verir ki, Daşkənd şəhər mərkəzi "Həzrət Əli" məscidinin imamı Həbibulla Abdurrazakov ibadətçilərin diqqətinə çatdırıb ki, azan sədası səsgücləndirilər vasitəsiylə veriləcək. 

2018-ci ilin 5 yanvar tarixində ölkə prezidenti Şövkət Mirzəyevin də iştirak etdiyi Daşkənd regional şurasının iclasında, məscidlərin yenidən qurulması və Quran yarışmalarının keçirilməsi məsələləri müzakirə edilib. 

Qeyd edək ki, Özbəkistanın eks- prezidenti İslam Kərimov azan sədasının səsgücləndiricilər vasitəsiylə verilməsini qadağan etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Özbəkistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 15:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com