Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
09:57
Karib dənizində zəlzələ 9 ölkəni silkələdi
Hondurasda 12 saatlıq sunami təhlükəsi elan edilib

Karib dənizində çatlar üzərində 7,6 bal gücündə zəlzələ baş verib. FaktXeber.com-un məlumatına görə, Amerikanın geoloji Araşdırma Mərkəzi (USGS) bu barədə xəbər verib. Bildirilir ki, 10 km dərinlikdə baş verən sarsıntı demək olar Karib dənizinin bütün sahilinə təsir edib.

USGS bildirir ki, Honduras və Kayman  adaları arasında meydana gələn böyük zəlzələ  Meksika, Nikaraqua, Qvatemala, Salvador, Beliz, Kuba, Yamayka kimi ölkələrdə də hiss edilib.

Hondurasda 12 saatlıq sunami  təhlükəsi elan edilib.

Qeyd edək ki, regionda sonuncu dəfə dağıdıcı zəlzələ  ötən il Meksikada baş vermişdi. Sentyabr ayında bütün ölkəni sarsıdan  təkanlarda 200-dən artıq insan həlak olmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com