Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
09:25
1158
Fateh Terimdən gecə yarısı Ünal Aysala cavab

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fateh Terim televiziya kanalında müsahibə zamanı klubun keçmiş prezidenti Ünal Aysalın onunla bağlı açıqlamalarına "Twitter" səhəfəsindən cavab verib.

FaktXəbər-in məlumatına görə, Fateh Terim "Twitter" hesabından verdiyi açıqlamada belə deyib:

"Dəyərli "Qalatasaray"lılar. Bir müddətdir ki, daxilimizdəki və kənardakı bəzi şəxslərin vəsilə olduğu həqiqətdənkənar iddia, şərh, xəbər və ittihamları eşidirəm. Bütün enerjimi, həvəsimi, həyəcanımı, uğur istəyimi və əməyimi, ikinci mövsüm hazırlıqları üçün çətin bir yola çıxdığımız komandamıza ayırır, boşa zaman xərcləmək istəmirəm. Hər kəs rahat olsun".

Qeyd edək ki, Fateh Terimin müqavilələrin imzalanması mərasimində söylədiyi, ""Harada qalmışdıq?", - deyə sual versəniz, "məşqdə qalmışdıq", - deyərəm" ifadəsi barədə danışan Ünal Aysal, Terimlə yollarını özlərinin ayırmadığını deyib.

Aysal təcrübəli baş məşqçinin Milli Komandanı seçdiyini söyləyib və ayrılıq qərarının məşqdən əvvəl verildiyini vurğulayıb.

Məqalədə : Fateh Terim 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2018 02:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status