Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
09:06
1858
O, dünyanın ən varlı adamı seçildi

“Bloomberg” dünyanın ən varlı adamlarının yeni reytinq siyahısını dərc edib.

FaktXəbər-in məlumatına görə, bu dəfə də planetin ən zəngin insanların siyahısına ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos layiq görülüb. Onun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edib.

Ceff Bezos "Amazon" şirkətindən başqa “Blue Origin” aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinə sahibidir.

Qeyd edək ki, yanvarın 9-na olan məlumata görə, “Amazon.com”un bir səhminin dəyəri 1246 dollar təşkil edib. Şirkətin 79 mln. səhmi Ceff Bezosa məxsusdur.

"Bloomberg"in siyahısında ikinci yerdə 93,3 milyard dollarla “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts gəlir. Onu 87,2 mlrd. dollarla amerikalı, sərmayəçi Uorren Baffet izləyir. 

"Facebook"un sahibi Mark Zukerberq 77,5 mlrd. dollarla dördüncü sırada qərarlaşıb.

“Zara” brendinin sahibi Amansio Orteqa isə 76 mlrd. dollar sərvətlə beşincidir.

Məqalədə : Ceff Bezos Amazon 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 16:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com