Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2018
21:31
Rusiyada 10 min yol polisi işdən çıxarılıb

2018-ci ilin yanvar ayının 1-dən Rusiyada Dövlət Yol Müfəttişliyi (DYM) əməkdaşlarının sayı 10 min nəfər azaldılıb.

FaktXəbər-in verdiyi məlumata görə, bu haqda Rusiya DİN-in mətbuat xidmətindən bildirilib.

"Prezidentin 31 dekabr 2017-ci il tarixində imzalanan 652 saylı fərmanı ilə Rusiya Federasiyasının daxili işlər orqanlarının ştat sayı 2018-ci ilin yanvar ayının 1-dən 10 min nəfər azaldılıb", - deyə nazirlikdən bildirilib.

Bildirilir ki, YPX və DYM əməkdaşlarının sayı qeydiyyat işləri, imtahan götürmə və sürücülük vəsiqəsini vermə üzrə vəzifələrdən başqa, digər sahələrdə azaldılıb.

Qeyd edilir ki, ixtisara düşmüş  DYP əməkdaşları öz istəklərinə uyğun olaraq, DİN-in digər bölmələrində olan vakant yerlərə köçürülə bilərlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 21:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com