Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2018
16:33
1355
“Apple” şirkətinin kapitallaşması bir trilyon dollara çatacaq

Qərb analitikləri 2018-ci ildə ABŞ-ın “Apple” şirkətinin kapitallaşma dəyərinin bir trilyon dollar təşkil edəcəyini proqnozlaşdırırlar. Beləliklə ABŞ istehsalçısı dünyanın bu göstəriciyə nail olan ilk kütləvi şirkəti ola bilər.

“Php.ru” saytının yazdığına görə, hazırda bir “Apple” səhminin qiyməti 175 dollar təşkil edir. Buna müvafiq olaraq şirkətin ümumi dəyəri 898,5 milyon dollara çatıb.

Ekspertlər qeyd edirlər ki, yeni “iPhone X” smartfonları və “iMac Pro” kompüterləri istehsalçıya bu nəticələrə nail olmaqda kömək edəcək.

Qeyd olunur ki, cari ildə “Apple” texnikası istifadəçiləri naqilsiz qulaqcıqlar, eləcə də əksər şirkət pərəstişkarlarının unutduğu “Mac Pro” fərdi kompüterinin yenilənmiş versiyalarının buraxılışını gözləyirlər.

Məqalədə : Apple 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2018 22:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status