Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2018
14:15
2439
Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür

Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. O, 1992-ci ildə leytenant rütbəsində Daxili qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub, 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi sücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub. Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq tikilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 20:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com