Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2018
11:31
1785
Qızıl Xaç erməni diversanta baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə ötən ay baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Qeyd edək ki, hazırda Azərbaycanda iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır.

Arsen Baqdasaryan artıq məhkəmə qarşısına çıxarılıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə : qızıl xaç 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 10:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com