Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Yanvar

2018
22:32
816
Saxara səhrasında ardıcıl olaraq ikinci il qar yağır - FOTO

Afrikanın Saxara səhrasında qeyri-adi hava müşahidə olunur. Belə ki, artıq ardıcı olaraq ikinci ildir ki, buralara qar yağır.

FaktXəbər-in NTV.ru-ya istinadən verdiyi məlumata görə, qar bazar günü, yanvarın 7-də, səhər saatlarında, Saxara səhrasının şimalında yerləşən, Əlcəzairin Ayn-Səfra şəhərində başlayıb.

Yağıntının hündürlüyü 40 santimetrə çatıb. Lakın günün sonuna yaxın qar əriməyə başlayıb.

Sosial şəbəkələrdə səhranın qarla örtülən görüntüləri yayılıb.

Belə qeyri-adi təbiət hadisəsi  ötən il də bu rayonda müşahidə olunub. O zaman qar narıncı qumun üstündə cəmi bir neçə saat qalmışdı.

Bundan öncə isə Ayn-Səfra sakinləri qarı yalnız təxminən 40 il əvvəl, 1979-cu ilin fevralında müşahidə ediblər. Yayda səhranın bu hissəsində havanın temperaturu 37 dərəcəyə çatır, qışda isə sıfıra qədər enə bilər.

Məqalədə : Saxara səhra qar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 09:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru