Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2018
15:19
Yeni kredit ittifaqı kimlərə kredit verəcək?

Azərbaycan arıçıları öz kredit ittifaqlarını yaratmaq niyyətindədirlər. FaktXəbər-in verdiyi məlumata görə, bunu özəl olaraq Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edir: “İlk dəfə bu məsələ 2017-ci ilin sentyabrında kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdə müzakirə olunmuşdu. Hazırda sənədləşmə ilə bağlı kiçik ləngimə var, amma ümid edirəm ki, yaxın zamanlarda kredit ittifaqı işə başlayacaq və arıçılar aşağı faiz dərəcələri ilə uzun müddətli kredit ala biləcəklər”.

Assosiasiya sədri qeyd edib ki, kredit ittifaqının maliyyələşdirilməsi ilk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : kredit ittifaqı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 13:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com