Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2018
10:33
İcbari sığortanı `MilliÖn`dən ödəmək mümkün olub

Azərbaycan vətəndaşlarına icbari sığorta haqqını “MilliÖn” terminalları ilə ödəmək imkanı yaradılıb. FaktXəbər İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, müştərilər bu yenilikdən istifadə etməklə icbari sığorta müqaviləsi üzrə sığorta haqqını asanlıqla müştərisi olduğu sığorta şirkətinin hesabına köçürə bilərlər.

Bunun üçün sadəcə terminalın ekranında “Sığorta”, daha sonra “İcbari avtoməsuliyyət sığortası” düyməsini seçmək və tələb olunan məlumatları daxil etmək, ödənişi həyata keçirmək lazımdır. Ödənişi etmək üçün icbari sığorta müqaviləsində qeyd edilmiş mobil nömrəyə 9707 qısa nömrəsindən SMS-lə göndərilmiş ödəniş kodundan və yaxud şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə avtonəqliyyat vasitənizin dövlət qeydiyyat nömrəsindən istifadə etmək olar. Terminallar yalnız kağız əskinaslar qəbul etdiyindən, ödəniş zamanı qalıq qalarsa, həmin qalıq məbləğin kommunal xidmət hesabına yönəldilməsi mümkündür.

Terminal vasitəsilə sığorta haqqının ödənilməsi ödənişin məbləğinə və prosesin gedişatına bilavasitə nəzarət etmək istəyən vətəndaşlar üçün daha əlverişli yoldur.

Bu imkanın yaradılması İSB ilə “MilliÖn” ödəniş sisteminin operatoru olan “Komtec” şirkətinin birgə əməkdaşlığı sayəsində mümkün olub. İcbari sığorta haqqını “MilliÖn” terminalları ilə ödəmək mümkün olub.

Məqalədə : MilliÖn 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48468

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46517

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48171

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47756

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53284

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47376

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47750
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 13:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru