Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2018
20:25
Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürməyəcək

Rumıniyanın İsraildəki səfirliyinin Qüdsə köçürülməyəcəyi açıqlandı.

FaktXəbər-in məlumatına görə, Rumıniya Prezident Adminstrasiyasının internet saytından verilən açıqlamada, İsrail rejiminin baş naziri Benyamin Netanyahunun BMT-dəki səsvermədə bitərəf qalan Rumıniya prezidenti Klaus İohannisə zəng vuraraq Rumıniya səfirliyinin Qüdsə köçürülməsi mövzusunu danışdığı qeyd olunub.

Açıqlamaya görə, Rumıniya prezidenti İohannis telefon danışığında BMT Baş Məclisində bitərəf səs verən Rumıniyanın bitərəf mövqeyinin davam etdiyini dilə gətirərək, İsrail və Fələstinin bu problemi sülh çərçivəsində həll etmələri lazım olduğunu deyib.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının fövqəladə sessiyasında ABŞ-ın qərarını geri götürməsini nəzərdə tutan layihənin 128 səslə qəbul edildiyini xatırladan İohannis, "Qətnamə BMT üzvü olan ölkələrə, Qüdsdə diplomatik missiyalar yaratmaqdan çəkinmək və Yaxın Şərqdə tam, hərtərəfli və ədalətli bir sülh üçün beynəlxalq səyləri artırmaq lazım olduğunu göstərdi", - deyə əlavə edib.

İohannisin açıqlamasından sonra yerli mətbuata bəyanatlar verən Buxarestdəki Fələstin səfiri Fuad Kokali də İohannisin qərarından məmnun olduğunu bildirərək, "Rumıniya səfirliyinin Qüdsə köçməsinin qanuni bir variant olduğunu düşünməyən Rumıniya bir daha hüquq və beynəlxalq hüquq prinsiplərinə hörmət göstərir", - deyə bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com