Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
20:49
1428
Ötən ilin 11 ayında 22 bank filialı bağlanıb

2017-ci ilin yanvar-noyabr aylarında banklara məxsus 22 filial bağlanıb.

FaktXəbər Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin yanvar ayından dekabrın 1-dək bankların ümumilikdə 22 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər 2017-ci ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, noyabrın sonunda bu göstərici 547-yə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər ötən il yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, nöyabrdaq şöbələrin sayı 142-yə yüksəlib.

Qeyd edək ki, ötən ilin 11 ayında ölkədə 32 bank fəaliyyət göstərib.

Məqalədə : bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 02:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com